Nailə Məmmədova işdən çıxarıldı - RƏSMİ
Bakıda karantin qaydalarını pozaraq özünə ad günü keçirən məktəb direktoru vəzifəsindən azad edilib.
Bu barədə Təhsil Nazirliyinin mətubat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Qeyd olunub ki, direktorun əmək müqaviləsinə bu gündən xitam verilib:
"Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib".

