“YAŞAT” Fondunun portalı istifadəyə verilib

Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının bir ayı tamam olur. Bu gündən etibarən "YAŞAT" Fondunun portalı və "Qaynar xətt"i istifadəyə verilib.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 8-də keçirilən brifinqdə deyib.