Rusiya ilə Azərbaycan arasında aviareyslər bərpa olunur

Rusiya ilə Azərbaycan arasında aviareyslər bərpa olunur.

Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 15-dən Rusiya Azərbaycanla aviasiya əlaqəsini bərpa edir. Sərnişin təyyarələri həftədə iki dəfə Moskva-Bakı marşrutu ilə uçuşlar həyata keçirəcək.

Xatırladaq ki, ötən ilin martında koronavirus pandemiyası ilə əlaqədar Rusiya ilə Azərbaycan arasında aviareyslər dayandırılmışdı.//AZƏRTAC