Azərbaycanda 2 035 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 035 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 273 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3 743 nəfər vəfat edib, aktiv xəstə sayı 26 659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 701, ötən müddət ərzində isə ümumilikdə 2 948 419 test aparılıb.