Azərbaycanda 2148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2148 yeni yoluxma faktı qeydə alınıb, 2287 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

