2020-2021-ci tədris ilinin yekununda Son zəng çalınacaq

2020-2021-ci tədris ilinin yekununda Son zəng çalınacaq.

Bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.

O bildirib ki, Nazirlər Kabineti tərəfindən Son zəng tədbirlərinin keçirilməsinə icazə verilib. Lakin tədbirlərin təşkili üçün müəyyən şərtlər olacaq. Bu şərtlər yaxın günlərdə açıqlanacaq.