Avropa çempionatında boksçumuz dörddəbir finala yüksəlib

 

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

 41 ölkənin qatıldığı yarışda daha bir boksçumuz dörddəbir finala vəsiqə qazanıb. Belə ki, Maqsud Xasmetov (56 kq) səkkizdəbir finalda Yuri Tomyuku (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, dörddəbir finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.

Qeyd edək ki, millimizin boksçularından Ruslan Rüstəmov (64 kq) və Mirəşrəf Kazımzadə (75 kq) də dörddəbir finala vəsiqə qazanıb. Çempionat iyunun 24-də başa çatacaq.