Qurban Yetirmişli: Xəzər dənizində partlayışın başvermə səbəbi palçıq vulkanı püskürməsi ola bilər

Xəzər dənizində baş verən partlayış palçıq vulkanı püskürməsinin əlamətidir. Azərbaycana məxsus heç bir neft-qaz platformasında, borusunda, gəmi və tankerlərdə qəza qeydə alınmayıb. Aidiyyəti qurumlar da bununla bağlı məlumat yayıblar.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişlinin sözlərinə görə, palçıq vulkanları əksər hallarda alovlu püskürmə ilə başlayır: “İlkin rəy palçıq vulkanı püskürməsi ehtimalıdır. Xəzərdə çoxsaylı palçıq vulkanı var, böyük ehtimal ki, onlardan biri püskürüb. O da alovla müşayiət olunub, qısa müddətdə də sönüb. Bununla bağlı araşdırmalara başlanılıb və bu barədə ictimaiyyətə məlumat veriləcək”.