AQTA sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Gəncə şəhərində keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən  bildirilib ki, qəbul noyabrın 24-ü saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüşdə Gəncə və Naftalan şəhərlərinin, Samux, Daşkəsən, Göygöl, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 23-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.