“Yer və İnsan” jurnalı tanınmış geoloq Rasim Süleymanlını təbrik edir

Bu gün tanınmış geoloq SULEYMANLI RASİM CUMALI oğlunun doğum günüdür. SULEYMANLI RASİM CUMALI oğlu 1955-ci il fevral ayının 9-da Daşkəsən şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini mühəndis-geofizik ixtisası üzrə bitirmişdir. R.C.Suleymanlı 1978-1981-ci illərdə Rusiyanın Tümen vilayətində geoloji-kəşfiyyat dəstəsində mühəndis-operator, dəstə rəisi vəzifələrində işləmışdır. 1981-1995-ci illərdə “Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatı”nda geofizik, böyük geofizik, böyük geoloq, mədən rəisi vəzifələrində çalışmışdır. 1995-2020-ci illərdə R.C.Suleymanlı “Daşkəsən Filizsaflaşdırma” ASC-nin baş geoloqu vəzifəsində çalışmışdır. Məqalələri, Rusiya Elmlər Akademiyasının “Geokimyəvi və Analtik Kimya” İnstitunun keçirdiyi “ Yer magmatizmi və oninla bağlı strateji metal yataqları” XXXV Beynəlxalq konfransın toplusunda, “Yer və İnsan” elmi-populyar jurnalında çap olunmuşdur. “Yer və İnsan” elmi-populyar jurnalının kollektivi Rasim müəllimi təbrik edir, can sağlığı arzulayır!