Türkiyənin “Alanyaspor” klubunun prezidenti "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşüb

Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu Ağdamın "Qarabağ" komandası ilə görüşüb.
yerveinsan.az Ağdam təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, klubun bazasında baş tutan görüşdə baş məşqçi Qurban Qurbanov və komanda üzvləri iştirak ediblər. "Qarabağ"ın İdarə Heyətinin üzvü Fevzihan Aras, direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov H.Çavuşoğluna komanda ilə görüşdüyünə görə təşəkkür ediblər. Tədbirdə tərəflər arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qonağa "Qarabağ"ın forması hədiyyə edilib.