“İmişli" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib
“İmişli" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bu barədə İmişli Peşəkar Futbol Klubunun rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, bu vəzifəyə Fərid Namazov təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb.
O, UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.
Fərid Namazov "İmişli"yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

