Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, idmançılarımızın ilk rəqibləri müəyyənləşib.
Aprelin 16-da start götürəcək qitə yarışında ölkəmiz 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq. Aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayacaq.
Kişilər
60 kiloqram, 1/8 final
Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə
Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə
66 kiloqram, 1/16 final
Turan Bayramov – Nikolas Kuntse (Almaniya)
73 kiloqram, 1/16 final
Hidayət Heydərov – Konstantinos Tsaparas (Yunanıstan)
81 kiloqram, 1/16 final
Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə
Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə
90 kiloqram, 1/16 final
Murad Fətiyev – Aleks Çeret (Rumıniya)
100 kiloqram, 1/16 final
Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya)
+100 kiloqram, 1/8 final
Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə
Qadınlar
48 kiloqram, 1/16 final
Könül Əliyeva – Amber Gersyes (Niderland)
Şəfəq Həmidova – Erza Muminoviç (Kosovo)
52 kiloqram, 1/16 final
Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)
Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)
70 kiloqram, 1/32 final
Südabə Ağayeva – Maya Goşen (İsrail)
+78 kiloqram, 1/16 final
Madina Kaisinova – Elis Startseva (Rusiya).

