Baş Prokurorluqda “Elektron cinayət işi” və “Elektron cinayət xəritəsi” proqramlarının təqdimatı keçirilir

İyunun 3-də Baş Prokurorluqda “Elektron cinayət işi” proqramının yenilənmiş versiyasının və “Elektron cinayət xəritəsi” proqramının təqdimatı keçirilir.

 Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov tədbirdə çıxış edərək prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi barədə iştirakçılara məlumat verib.

İdarənin mühəndis-proqramçıları “Elektron cinayət işi” proqramının yenilənmiş versiyası və “Elektron cinayət xəritəsi” proqramının funksiyaları barədə təqdimatla çıxış ediblər.

Tədbirə ölkəmizdə istintaq aparan hüquq-mühafizə orqanlarının və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri qatılıblar.