Futbolda qaydalar dəyişir

Bu gün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) əsas qanunverici orqanı pandemiya səbəbindən 2020-ci ilin may ayında tətbiq edilən müvəqqəti qaydanı müzakirə edəcək.

Turnir təşkilatçılarının istəyi ilə 2022/23 mövsümünə qədər onun istifadəsinə icazə verilib. İndi  bir oyunda beş əvəzetmə rəsmi daimi qaydaya çevriləcək.

Həmçinin IFAB-ın gündəliyində beyin sarsıntısı zamanı əlavə əvəzetmə və yarımavtomatik ofsayd aşkarlamasının tətbiqi müzakirə olunur.// BBC