Yol polisi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

İdarənin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, təhlillərə əsasən, sürücülərin yuxulu və ya yorğun halda sükan arxasında əyləşməsi ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.

Onun sözlərinə görə, bu cür halların qarşısını almaq məqsədilə polis magistral yollarda və stasionar postlarda nəzarəti artırıb. Məqəsəd hərəkətin təhlükəsizliyini artırmaq və hərəkət iştrakçılarının mənzil başına rahat çatmasını təmin etməkdir.

Şöbə rəisi ümid edir ki, sürücülər, xüsusən yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər çağırışa biganə qalmayacaq, özlərinin, doğmalarının və digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə verilən tövsiyələrə əməl edəcəklər.