Nazir Yevlaxda vətəndaşları qəbul edib - Foto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 17 iyun 2022-ci il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, hidrometeorologiya, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Görüşdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri vəzifəsini icra edən Azer Shukurov da iştirak edib.

Fotosessiya