Kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV necə hesablanır?

Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Yerveinsan.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda, ƏDV ticarət əlavəsindən hesablanır.

Kənd təsərrüfatı məhsullarının alışı qeyd edilən hallarda rəsmiləşdirilmədikdə isə ƏDV ümumi dövriyyədən hesablanır.