Nadir balıq növlərinin populyasiyasının artırılması üzrə tədbirlər görülür - Nazirlik

Azərbaycanda nadir balıq növlərinin populyasiyasının artırılması üzrə tədbirlər görülür.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilat nümayəndələrinin Zəngilana səfəri zamanı deyib.

Onun sözlərinə görə, bu gün üç min qızılxallı forel körpəsi Həkəri çayına buraxılıb.

O əlavə edib ki, qızılxallı forel Qırmızı kitaba daxil edilib və onun populyasiyasının artırılması çox vacibdir.

F.Əliyev vurğulayıb ki, qızılxallı forel körpələri yerli suya çox yaxşı uyğunlaşır.//Trend