Heydər Əliyevin neft strategiyası

Elnur Səfərov, BDU, doktorant, SOCAR, GGİ, Böyük geoloq

Azərbaycan neft sənayesinin inkişafında Heydər Əliyevin uğurlu siyasətinin rolu olduqca böyükdür. Hələ 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra Azərbaycanın müstəqil gələcəyini fikirləşərək neft sənayesinin inkişaf etdirilməsi üçün bir çox uğurlu layihələrin təməlini qoymuşdur. Məhz onun iştirakı ilə 1971-ci ildə Azərbaycanda 1 milyardıncı ton neftin hasil olunması qeyd olunmuşdur. Onun rəhbərliyi ilə sonrakı illər ərzində neft strategiyasının inkişafı üçün müxtəlif funksiyalı yeni gəmilər, üzən qazma qurğuları alınmışdır. Bunun nəticəsində də yeni neft-qaz yataqları kəşf edildi və neft-qaz ehtiyatlarının həcmi artırıldı. Qazma qurğularının köməkliyi ilə Azəri,Çıraq,Günəşli yataqları kəşf edildi. Hansı ki, bu yataqların istismarından əldə olunan gəlirlər sonrakı illərdə Azərbaycan iqtisadiyyatının inkişafında mühüm yer tutmuşdur.

Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda neft emalının inkişafı istiqamətində uğurlu işlər görülmüşdür. Hələ Sovet hakimiyyəti illərində bu istiqamətdə yeni zavodlar yaradılmış, qurğular istismara verilmişdir. Neftayırma sənayesində ELOU-AVT-6 (1976), Katalitik Riforminq (1980), Neftin kokslaşdırılması (1986), Katalitik krekinq (1993) qurğuların yaradılması neft sənayesinin sonrakı inkişafında mühüm yer tutmuşdur.

Heydər Əliyevin əvəzsiz siyasəti nəticəsində Azərbaycanda 1978-ci ildə inşasına başlanılan Dərin Dəniz Özülləri zavodunun tikilməsi üçün o zaman 450 mln.ABŞ dolları vəsait ayrılmışdır. Bu vəsaitin ayrılması və zavodun Azərbaycanda tikilməsi üçün o dövürdə Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Belə ki zavodun tikilməsi başqa regionda nəzərdə tutulsada Heydər Əliyevin cəsarəti nəticəsində zavod Azərbaycanda inşa edilmiş və 1989-cu ildə istismara verilmişdir.

Bütün görülən bu işlər müstəqillik qazandıqdan sonra Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində aparılacaq işlərin əsasını təşkil etmişdir. 1994-cü il 20 sentyabr tarxində müstəqillikdən və erməni terrorçularının Azərbaycana olan hücumlarından sonra iqtisadi baxımdan zəifləyən ölkənin gələcək iqtisadi vəziyyətinin və əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm qərar qəbul edildi.

Keçmiş Sovet ölkələri ilə əlaqələrin kəsilməsi neft sənayesinin istismarında böyük çətinliklər yaratmışdı. Ölkə iqtisadiyyatının inkişafı neft-qaz yataqlarının istismarı ilə bağlı idi. Yeni neft-qaz yataqlarının axtarışı və istismarına böyük miqdarda vəsait tələb olunurdu. Bu vəsaitin təmin olunması həmin dövürdə Azərbaycan üçün real görünmürdü. Azərbaycanın zəngin neft-qaz ehtiyyatları həmişə xarici investorların diqqətində olmuşdur. Məhz bunu görən Heydər Əliyev Azərbaycan neft sənayesinə xarici investorların cəlb edilməsini təşkil etmişdir.

1994-cü il sentyabrın 20-də Heydər Əliyevin iştirakı ilə Gülüstan sarayında Azərbaycan tarixində bağlanılmış ən mühüm müqavilələrdən biri olan Məhsulun pay bölgüsü-Əsrin Müqaviləsi sazişi imzalandı. Bu sazişin imzalanması Azərbaycanda yeni neft dövrünün başlanılması demək idi. Məhz bu dövr Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsində yaranmışdır. Sazişdə Azəri-Çıraq-Günəşli(dərin sulu hissə) yataqlarının işlənməsi nəzərdə tutulmuşdur. Əsrin Müqaviləsi çərçivəsində bu günə qədər xarici şirkətlərlə 32 saziş imzalanmışdır. Bu sazişlərin nəticəsində Azərbaycan neft sənayesinə 60 milyard ABŞ dolları sərmayə qoyulmuşdur. Bu istiqamətdə görülən işlər Azərbaycan iqtisadiyyatının inkişafında böyük rol oynamışdır[1].

Heydər Əliyevin apardığı uzaq görən siyasətin nəticəsində Əsrin müqaviləsi müstəqillik yolunda Azərbaycanın təminatına böyük töhvələr verib. Bu müqaviləyə uyğun olaraq artıq 1997-ci ildə Azəri-Çıraq-Günəşli yataqlarında hasilata başlanılmışdır. Aparılan uğurlu siyasət nəticəsində hasil olunan neft və qazın dünya bazarlarına çıxarılması üçün yeni boru kəmərlərinin çəkilməsi bu istiqamətdə xarici investorların cəlb edilməsi, xarici dövlətlərlə aparılan danışıqların nəticəsində reallaşmaqda idi.  Bu da Azərbaycanın təkcə regionda deyil Avropadada strateji maraqlarının təmin edilməsi demək idi. Əsrin Müqaviləsi üzrə 1997-ci il 12 noyabr tarixində ilk neftin hasilatının baş tutması Azərbaycan tarixində mühüm yer tutdu[2].

Əsrin Müqaviləsinə uyğun olaraq işlərin başlanılması ilə əlaqədar uzunluğu 1760 m olan, ildə 50-60 mln. ton neft nəql olunan iri diametrli Bakı-Tiblisi-Ceyhan boru kəmərinin tikintisi üzrə sazişin əldə olunması çox vacib idi. Müqavilənin hazırlanması üçün 1998-ci ildə işçi qrupu yaradıldı və 29 oktyabrda imzalanan bəyanat müqavilənin hazırlanması üçün görülən işlərin başlanğıcı oldu[2].

Türkiyənin İstanbul şəhərində ATƏT Sammitinin 1999-cu ilin 18 noyabr tarixində baş verən toplanışında BTC-nın çəkilməsi haqqında müqavilə imzalanmışdır. Müqavilənin hazırlanmasında bir sıra çətinliklər yarandı. Bəzi şirkətlər belə bir kəmərə ehtiyacın olmadığını, bəziləri də yatırılan sərmayələr haqqında bədbin proqnozlar verdilər. Ancaq bütün bunlara baxmayaraq Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu müqavilənin hazırlanıb imzalanmasına nail olundu. İstanbulda imzalanma mərzasimdən sonra çıxış edən Heydər Əliyev Əsrin Müqaviləsi imzalandıqdan sonra və BTC strateji neft kəmərinə dair saziş imzalanana qədər keçən bu müddət ərzində görülən işlərdən qürur duyduğunu və sazişin imzalanmasına dəstək ölan ölkələrin başçılarına minnətdarlığını bildirmişdir[2].

Bu kəmərin tikilməsi və idarəedilməsi üçün 2002-ci il 1 avqust tarxində şirkət yaradıldı. Kəmərin təməl daşı Heydər Əliyevin iştirakı ilə 18 sentyabr 2002-ci ildə Səngəçal terminalında qoyulmuş və inşasına başlanılmışdır. 13 iyul 2006 tarixdə kəmər istismara verildi. Bu kəmər Azərbaycan neftinin nəqlində xüsusi yer tutmaqla dünya neft kəmərləri arasında uğurlu yer tutmaqdadır. Məhz buda Heydər Əliyev tərəfindən uğurlu neft strategiyasının aparıldığını göstərən əsas faktorlardandır[1].

Dəyəri 3 mlrd dollara qədər olan bu kəmərin sahibi olan şirkətlər ARDNŞ (25 %),  BP (30.1 %), Konoko-Filips (2.5 %), Statoyl (8.72 %), Türkiyə Petrolları AO (6.53 %), İtoçu (3.4 %), İnreks (2.5 %), Delta Hess (2.36%), ENİ (5 %), TOTAL ELNA EF (5 %) idi. Aparılan bu uğurlu işlərin nəticəsində Azərbaycan neft sənayesi durmadan inkişaf edirdi. Artıq 2002-ci ildə 15.3 mln. ton neft hasil edilmişdi[2].

Aşağıdakı şəkildə təsvir olunmuş qrafikdə Heydər Əliyevin hakimiyyəti dönəmində 1994-2003-cü illər ərzində qaz kondensatı daxil olmaqla hasil olunan xam neftin miqdarı haqqında məlumat verilmişdir. Qrafikdəndə göründüyü kimi müstəqilliyin ilk çətin dövürlərində hasilatın miqdarı az olsada, Əsrin Müqaviləsi sazişi üzrə hasilata başlandıqdan sonra ümumi neft hasilatının həcmidə demək olar ki, hər il artım müşahidə olunmuşdur. Bu da bu istiqamətdə aparılan siyasətin uğurlu olduğunu bir daha göstərməkdədir.

Neft sənayesinin inkişafı və bu istiqamət üzrə əldə olunan gəlirlərin toplanması, səmərəli istifadəsi, ölkə iqtisadiyyatın inkişafına düzgün şəkildə yönləndirilməsi, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün gəlirlərə düzgün nəzarətin təşkili məqsədilə 29 dekabr 1999-cu ildə Heydər Əliyev Azərbaycan Dövlət Neft Fondunun təsis olunması barədə fərman imzalamışdır. 2001-ci ilin dekabr ayında Fondun müşahidə şurası yaraıldı. 2003-cü ildə Fondun vəsaiti 730 mln dollar idi. Qeyd edək ki, 01 yanvar 2022-ci il məlumatlarına əsasən fondun aktivləri 45025.1 mln. dollar olmuşdur[3].

Heydər Əliyevin fikirincə Fond ölkədə güclü iqtisadiyyat yaratmaq üçün əsas vasitələrdən idi. Fondda toplanan vəsaitlər Azərbaycan iqtisadiyyatının inkişafı üçün digər sektorlara, neftlə bağlı olmayan digər sahələrin inkişaf etməsi üçün, yeni-yeni iş yerlərinin açılması üçün, hətta dünya neft bazarlarında neftin qiymətinin aşağı düşəcəyi təqdirdə ondan asılılığı azaltmaq üçün hazırlanan proqramlara qoyula bilər. Fondda toplanan vəsaitdən istifadə hesabına ölkənin sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün proqram hazırlanmış və illərdir həmin proqramın icrası davam etməkdədir.

Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın sosial-iqtisadi həyatında dəyişikliklər başladı. Xüsusəndə neft sənayesinin inkişafında əvəz edilməz işlər görüldü. 1994-cü ildə ARDNŞ-nin vitse prezidenti seçilən İlham Əliyev yeni neft strategiyasının hazırlanması və inkişafında fəal iştirakçılardan biri idi. Məhz onun sonrakı illərdə apardığı uğurlu siyasət və uğurlu beynəlxalq əməkdaşlığın nəticəsində neft sənayesi durmadan inkişaf etdi və Azərbaycan iqtisadiyyatının ümumi inkişafına öz töhvəsini verdi. Hal-hazırda da Azərbaycan bu uğurlu strategiyaya əməl edərək, neft-qaz yataqlarının birgə işlənmasi üçün beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq etməkdədir[2].

Əsrin Müqaviləsi imzalananda Azərbaycan kasıb ölkə idi, ölkənin valyuta ehtiyyatları demək olarki yox dərəcəsində idi. İndi 2022-ci ilin əvvəlinə olan nəticəyə görə isə Azərbaycanın valyuta ehtiyyatı 52.101 mlrd. ABŞ dollarına çatıb. Nəticədə neft sektoru ilə yanaşı qeyri-neft sektoruda inkişaf etmiş, yeni iş yerləri açılmışdır. Ölkədə yoxsulluq səviyyəsi hər il aşağı düşməkdədir. Bu nəticələrdə onu göstərir ki, ölkədə neftdən əldə olunan gəlir ədalətli şəkildə bölünməkdədir. Bütün bu qeyd olunanlar Heydər Əliyevin qurduğu neft strategiyasının Azərbaycan xalqının milli mənafelərinə tam şəkildə cavab verdiyini bir daha göstərməkdədir[2].

Ədəbiyyat:

1.     https://azerbaijan.az/related-information/131.

2.     https://ikisahil.az/post/neft-tariximiz.

3.     https://www.oilfund.az/.