Qubada yanğın lokallaşdırılıb
Qubada baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur.
Bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.
O qeyd edib ki, Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib: "Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

