"Azərenerji" Laçında - VİDEO

Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dərhal "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.

Bu barədə "AzərEnerji"dən məlumat verilib.

Məlumata görə, məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. "Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb",- deyə "AzərEnerji"dən əlavə ediblər.