Universitetlər üçün yeni əməkdaşlıq imkanı!
16 sentyabr 2026-cı il tarixində Qərbi Kaspi Universitetinin “Tarix” ixtisasında təhsil alan IV kurs tələbələri “Tarixin tədrisində muzeylərin rolu” (müəllim dos. L. Məmmədova) fənni üzrə Azərbaycan Milli İncəsənət Muzeyində praktik məşğələ keçiblər.
Dərsin muzeydə keçirilməsi tələbələrə mövzunu yalnız nəzəri şəkildə deyil, eksponatlar üzərindən əyani şəkildə öyrənmək imkanı yaratdı. Tələbələr muzeyin “Azərbaycan incəsənət xəzinəsi”, “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı daimi ekspozisiyalarında nümayiş olunan əsərlərlə tanış olub, tarixi və sənət nümunələrini birbaşa muzey mühitində araşdırdırıblar.
Tələbələr Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilən yenilənmiş memorial zalla da tanış olublar. Burada Heydər Əliyev və Zərifə Əliyevin büst və portretləri, eləcə də arxiv fotoşəkilləri nümayiş olunur. Tələbələrə zalda təqdim olunan materiallar əsasında Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğı, rəssam və heykəltəraşlarla münasibətləri, incəsənətin inkişafına verdiyi dəstək barədə ətraflı məlumat verilib.
Arxiv fotoları isə tələbələrə həmin dövrün mədəni mühiti və incəsənət həyatı haqqında daha əyani təsəvvür formalaşdırmağa imkan yaradıb.
Bu cür dərslər tələbələrin öyrəndikləri mövzuları daha yaxşı mənimsəməsinə, sənət əsərləri və tarixi materiallarla yaxından tanış olmasına şərait yaradır. Muzey mühiti isə ənənəvi dərs prosesini daha canlı və interaktiv edir.
Tarixçi-tələbələr muzeyin ekspozisiyalarına maraq göstərdilər.
Bu cür dərslər tələbələrin öyrəndikləri mövzuları daha yaxşı mənimsəməsinə, sənət əsərləri və tarixi materiallarla yaxından tanış olmasına şərait yaradır. Muzey mühiti isə ənənəvi dərs prosesini canlı və interaktiv edir.
Məşğələ zamanı tələbələr onları maraqlandıran çoxsaylı suallara ətraflı cavab aldılar. Tələbələr muzeyin qonaqlar kitabında xatirə yazısı yazıblar.
Azərbaycan Milli İncəsənət Muzeyi digər universitetləri də tələbələri üçün bu imkanlardan yararlanmağa dəvət edir. İxtisas və tədris proqramına uyğun mövzular üzrə məşğələ dərslərinin muzeydə keçirilməsi üçün universitetlər muzeylə əməkdaşlıq edə bilərlər.
Dərsləri muzeydə, nəzəriyyəni real sənət nümunələrinə daşıyaq!

