Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Narkotik vasitələrin dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.