Sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub

Bu ilin yanvar-iyul aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 5373 fakt aşkarlanıb.

“Azərsu”dan verilən məlumata görə, həmin hallar üzrə müvafiq olaraq 1 milyon 400 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Məlumata görə, cari ilin yanvar-iyul aylarında sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.