Azərbaycan Ordusunun hərbi qulluqçusu qəzada həlak olub - MN

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Nazirliyin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!