Yaponiya alimi B.Çobanzadə haqqında elmi araşdırmalara başlamışdır

 

Tanınmış Yaponiya alimi, Beynəlxalq Layihə və Planlaşdırma üzrə Katib, SASAKAWA Sülh Fondunun üzvü Dr. Akira Matsunaqa türk xalqlarının tarixi və Azərbaycan dili ilə bağlı elmi araşdırmalar aparır. Onun məqalələri Keio Universitetinin elmi jurnallarında, Bosfor Universitetinin mətbuatında və s. dərgilərdə dərc olunur.

Bu yaxınlarda Dr. Akira Matsunaqa Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına müraciət etmiş və Bəkir Çobanzadənin “Seçilmiş əsərləri”ni (5 cilddə) istifadə üçün götürmüşdür. Yaponiya alimi A.Matsunaqa kitabxana ilə sıx əlaqə saxlayır.