Azərbaycanda Qurban bayramı qeyd edilir
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır.
Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.
Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.
Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.
Bayramla əlaqədar üç gün qurban kəsmək olar.
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün - 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.

