Qubada minik avtomobilin dərəyə aşması nəticəsində iki nəfər ölüb

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qrızdəhnə kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı maşın dərəyə aşıb. Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov həlak olub.

Qəza ilə bağlı araşdırma aparılır.