Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb - VİDEO
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlər nəticəsində 3 ədəd avtomat, 1 ədəd pulemyot, 48 ədəd əl qumbarası, 1 ədəd mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

