Baş nazir Əli Əsədov Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb (FOTO)

Baş nazir Əli Əsədov Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Qazaxıstan Prezidenti Baş nazir Əli Əsədovu və MDB Hökumət Başçıları Şurasının digər üzvlərini salamladı.