Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 ailəyə güzəştli mənzil satılıb

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində cari ilin sentyabrın 24-28-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 815 mənzilin alqı-satqısı uğurla başa çatıb.

Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Satışın nəticələri barədə statistik məlumatlarla https://mida.gov.az/az/statistics/statistics_35/ keçidi vasitəsilə tanış olmaq mümkündür.