Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Qazaxıstan qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən  bildirilib ki, on bir ayda Rusiyaya 819,9 milyon dollar, Türkiyəyə 630,4 milyon ABŞ dolları, Gürcüstana 182,9 milyon dollar, İsveçrəyə 166,5 milyon dollar, Qazaxıstana isə 89,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.