Ələt-Astara yolunda ağır qəza baş verib, ölənlər var

Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub.

Yerveinsan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıbb. 

Bildirlib ki, qəza nəticəsində “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır