Nazir Kəmaləddin Heydərov Badamdardakı sürüşmə sahəsində olub - VİDEO
Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu gün səhər saatlarında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əraziyə baş çəkib.
Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.

