Dövlət Xidmətinə mətbuat katibi təyin olundu

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) yeni mətbuat katibi dekabrın 23-də KİV nümayəndələrinə təqdim olunub.

Yerveinsan.az xəbər verir ki, təqdimat mərasimində yeni təyin olunmuş mətbuat katibi Saidə Əhmədova KİV nümayəndələrinə Xidmətdə yeni yaradılan mətbuat katibliyinin fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, S.Əhmədova ixtisasca jurnalistdir.