Laçın-Xankəndi yolunda aksiya 18 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 18 gündür davam edir.

Yerveinsan.az xəbər verir ki, hazırda aksiya iştirakçıları Laçın-Xankəndi yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Ekoloji cinayətə son!”, “Azərbaycan milləti qoruyacaq sərvəti” kimi şüarlar səsləndirirlər.