Sülhməramlıların iki avtomobilinin aksiya ərazisindən keçidi təmin olunub

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 41-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Sülhməramlılara məxsus iki avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.