Ötən gün 11,8 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Polis əməkdaşlarının yanvarın 25-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan çox heroin və 7,7 kiloqrama yaxın marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

