Bakı-Qazax yolunda naməlum avtomobil 47 yaşlı kişini vurub öldürdü

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 87-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyətxan oğlunu naməlum avtomobil vuraraq qaçıb.

Piyada hadisə yerində ölüb.

 
Faktla bağlı araşdırma aparılır.