Prezident: İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır

İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır. Son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfəri əlaqələrimizin inkişafının real göstəricisidir.

Bu barədə Prezident İlham Əliyev Münxendə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşündə bildirib.

Ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan “Leonardo” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən dövlətimizin başçısı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb, İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-qucuculuq işlərinə töhfə verdiyini vurğulayıb.