Bakı–Tbilisi–Ceyhan kəməri ilə 2,5 milyon tondan çox neft daşınıb
Yanvar ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 3 milyon 255,1 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 77,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmərlə 2 milyon 533,5 min ton neft nəql edilib.
Dövr ərzində BTC ilə 370,6 min ton tranzit nefti də ötürülüb.

