Kompensasiya ilə bağlı vaxt məhdudiyyəti varmı? - AÇIQLAMA - VİDEO
Hazırda bir çox vətəndaşlar kompensasiyanı əldə edəcəyi plastik kartları banklardan və poçt şöbələrindən götürməyib. Amma bunun üçün narahatlığa əsas yoxdur. Çünki problemli kreditlərlə bağlı kompensasiyaların əldə edilməsi üçün vaxt məhdudiyyəti yoxdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi Təminat İdarəsinin rəisi Tural Feyzullayev deyib ki, sakinlər kompensasiyaları bir ilə kimi kartla ala bilərlər. Bir ildən sonra isə hesabdan çıxarış və ya digər üsullarla vəsaiti əldə edə biləcəklər. Bunun üçün hər hansı bir vaxt məhdudiyyəti yoxdur.
Tural Feyzullayev Apellyasiya komissiyasında olan şikayətlərdən də danışaraq qeyd edib ki, əvvəl banklar tərəfindən təqdim edilən identifikasiya məlumatlarının yanlışlığı, natamamlığı və digər səbəblərdən şəxsiyyətlərin eyniləşdirilməsində problemlər yaşanırdı. Bu səbəbdən də bir qrup vətəndaşlarla bağlı dəqiqləşdirmələr aparılaraq sistemə yerləşdirilib. Sistemdə məlumatları tapılmayan şəxslər isə istədikləri vaxt Apellyasiya komissiyasına müraciət edə bilərlər.
Hazırda da xeyli iş Apellyasiya komissiyası tərəfindən araşdırılır.

