DİN: Ötən gün axtarışda olduğuna görə 86 nəfər saxlanılıb
Martın 30-da ölkə ərazisində qeydə alınan 144 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 97, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb.

