Dünya Bankının əməkdaşları ilə görüş keçirilib - FOTO

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən Yerveinsan.az-a verilən məlumata görə, bu gün Agentlikdə Dünya Bankı-nın əməkdaşları ilə görüş keçirilib. Görüş zamanı Azərbaycanda dağ-mədən sənayesinin mövcud vəziyyəti və potensialı müzakirə olunub. Gələcəkdə sözügedən sahə üzrə əməkdaşlıq məqsədi ilə təşkil olunan bu görüşdə beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

 

Fotosessiya