Qarabağda təbii irs nümunələrinə bərpası qeyri-mümkün olan ziyan vurulub- Muxtar Babayev

İşğaldan azad edilən ərazilərdə ölkəmizin təbii irs nümunələrinə bərpası qeyri-mümkün olan ziyan vurulub.

Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, bunu bu gün UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, bu ərazilərdə yaşı 2500-dən çox olan ağaclar kəsilib və ya yandırılıb.

"Qarabağ zonasında mövcud olan paleontoloji abidələr dağıdılıb, qiymətli meşə əraziləri məhv edilib. Məhz bu səbəbdən bu ərazilərdə bərpa tədbirlərinin həyata keçirilməsi əsas prioritet istiqamətlərdən biridir", - deyə nazir əlavə edib.