BTC ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası Ceyhan limanından yola salınıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası 22 aprel 2023-cü ildə Türkiyənin Ceyhan limanından yola salınıb.

Yerveinsan.az xəbər verir ki, bu barədə "SOCAR"dan məlumat veriblər. 

Tengiz” yatağından hasil edilən 83,2 min ton (665 min barel) neft “Alatau” tankerinə yüklənib. Yükləmə mərasimində SOCAR, KazMunayQaz, Tengizşevroil, Kazmortransflot və onların törəmə şirkətlərinin nümayəndə heyətləri iştirak ediblər.

Bu nəaliyyət 2023-cü ilin martında başlayan Qazaxıstanın Aktau limanından Azərtrans Səngəçal terminalına davamlı neft tədarükü və sonradan BTC vasitəsilə nəqli nəticəsində əldə edilib. Ceyhan limanında Qazaxıstan neftinin növbəti partiyasının tankerə yüklənməsi 2023-cü ilin may ayının sonuna planlaşdırılır.