Azərbaycanda özəl pensiya fondlarının açılmasına hazırlıq gedir - VİDEO

Azərbaycanda ötən illərdə vətəndaşlara saxta əlilliyə görə verilən ödənişlər və digər qanunsuz sosial ayırmaların geri qaytarılmasına ciddi nəzarət edilir.

 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

 

Sahil Babayev əlavə edib ki, artıq 11 min vətəndaş elektron pensiya sistemindən, 100 min vətəndaş isə e-sosial portalından yaralanıb.

 

Nazir ölkəmizdə özəl pensiya fondalarının fəaliyyəti üçün zəmin hazırlandığını da diqqətə çatdırıb.

 

Sahil Babayev bu ilin sonuna kimi ən azı 1 DOST mərkəzinin açılacağını bildirib. Hazırda fəaliyyətdə olan ilk DOST mərkəzində isə artıq 3 min vətəndaşa xidmət göstərilib.