Şirvanda 283 ədəd çətənə kolu məhv edilib

 

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Yerveinsan.az-a verilən məlumata görə, şəhərin Çılpaqlı qəsəbəsi ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitən 283 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılıb.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.