Bakının iki rayonunda qaz təchizatında məhdudiyyət olacaq

Bakının iki rayonunda qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 3 aprel 2026-cı il saat 10:00-dan etibarən Bakının bəzi ərazilərində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

 Aparılacaq təmir və quraşdırma işləri ilə əlaqədar olaraq Binəqədi rayonu üzrə Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi, Baksol yolu və Binəqədi şosesində, həmçinin Xətai rayonu üzrə kənd Əhmədli yaşayış sahəsi, Məhəmməd Hadi və Neapol küçələrində qazın verilişində fasilə yaranacaq.

İşlər başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.